Əflatun Amaşovdan “Ayna“-“Zerkalo“ ilə bağlı yeni xəbər

img1468405 (1)
“”Ayna” – “Zerkalo” qəzetləri həmişə ictimai fikrə təsir göstərən KİV-lərdən olub. Mən əminəm ki, tezliklə, qəzet ətrafında yaranan problemlər həll ediləcək. Mətbuat Şurası da bu istiqamətdə danışıqlar aparır”.

Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov maddi problemlər üzündən fəaliyyətini dayandıran “Ayna” – “Zerkalo” qəzetləri ətrafında yaranmış müəmmaya münasibət bildirərkən deyib.

Qəzetlərin çapının yenidən bərpası üçün danışıqların kimlərlə aparılmasına isə Əflatun Amaşovun münasibəti belə oldu:

“Əgər mən danışıqlar barədə ətraflı məlumat vermirəmsə, deməli, bir qədər gözləmək lazımdır. Ümumiyyətlə, bu barədə Elçin müəllimin özü ilə də danışmışam. Başqa istiqamətlərdə də danışıqlar gedir. Mətbuat Şurası “Ayna” – “Zerkalo” qəzetlərinin maddi durumunun yaxşılaşdırılması üçün müəyyən işlər görür və ümid edirik, gördüyümüz işlər öz bəhrəsini verəcək”.

Xatırladaq ki, dövlətə xəyanətdə ittiham edilən qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra “Ayna” – “Zerkalo” qəzetləri fəaliyyətini dayandırıb. aktual.az

248 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əflatun Amaşovdan “Ayna“-“Zerkalo“ ilə bağlı yeni xəbər

20 Haziran 2014

By
@
backtotop